Donald Tusk guya Trampın avropalı liderlərə Rusiyanın özünü müharibədə qalib hesab etdiyi üçün sülh axtarmadığını deməsi ilə bağlı məlumatı təsdiqləmir
Polşanın Baş naziri Donald Tusk guya ABŞ Prezidenti Donald Trampın avropalı liderlərə Rusiyanın özünü müharibədə qalib hesab etdiyi üçün sülh axtarmadığını deməsi ilə bağlı yayılan məlumatı təsdiqləmir.
“Mən belə məlumatı təsdiq etmirəm. Lakin təsdiq edirəm ki, vəziyyət çətindir, çünki Rusiya tərəfinin atəşi dərhal dayandırmaq və səmimi sülh danışıqlarına başlamaq üçün zərrə qədər xoş niyyəti yoxdur. Prezident Tramp, eləcə də “Avropa dördlüyü” çox aydın şərt formalaşdırdılar – insanların ölümünün dayanması üçün heç bir ilkin şərt olmadan atəşkəs yəni danışıqlar başlamazdan əvvəl” – Tusk bildirib.
Məlumat üçün bildirək ki, Putinlə telefon danışığından sonra Donald Tramp və avropalı liderlər arasında baş tutan telefon danışığında Polşanın Baş naziri Donald Tusk iştirak etmirdi.