Donald Tusk - Gürcüstanın baş nazirinə ilk xarici səfəri olaraq, Brüsseli seçdiyi üçün təşəkkür edirəm
Son 10 ilin ərzində Gürcüstan demokratik instituların və müvəffəqiyyətli iqtisadiyyatın inkişafı sahəsində ciddi müvəffəqiyyətlər əldə etdi, – bu barədə bəyanatı Avropa Şurasının prezidenti Donald Tusk Gürcüstanın baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında verdi.
“Baş-nazir Baxtadzeyi Brüsseldə qonaq olaraq, qəbul etdiyim üçün sevincliyəm və onu bu vəzifəyə təyin edilməsi ilə təbrik edirəm. Xarici səfərinin seçimi üçün də təşəkkür edirəm, çünki, o ilk xarici səfəri olaraq, Brüsselə gəlməyi tərcih etdi” – dedi Tusk.
Avropa Şurasının prezidenti bir neçə gün öncə Tkibulidə, Mindeli şaxtasında baş verən faciəyə görə dərin üzüntülərini bildirdi.
Onun dediyinə görə, Avropa Şurası və Gürcüstan yaxın dost və partnyordular və avropa İttifaqı Gürcüstanda müvəffəqiyyətli islahatları dəstəkləməyə davam edəcək.
Avropa Şurasının prezidentinin dediyinə görə, Avropa İttifaqı Gürcüstana ərazi münaqişələrinin sülh yolu ilə həllində yardım edəcək.
“Gürcüstan iqtidarının “Daha yaxşı gələcək üçün addım” adlı təşəbbüsünü salamlayırıq, hansı ki, Abxaziya və Cənubi Osetiyada yaşayan insanlara ticari və təhsil imkanları verməyi nəzərdə tutur” – dedi Tusk.