Donald Tusk dronlar tərəfindən Polşanın hava məkanının pozulmasına görə hökumətin təcili iclasını çağırıb
Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulmasına görə hökumətin təcili iclasını çağırıb.
İclas yerli vaxtla səhər saat 08:00-a təyin olunub.
Həmçinin, Donald Tusk ölkənin müdafiə qurumları ilə məsləhətləşmələr aparıb.
Eyni zamanda, Belarus sərhədi yaxınlığında Polşanın ərazisinə daxil olan pilotsuz uçuş aparatlarından birini tapıblar.
PAP xəbər agentliyi yerli polisə istinadən xəbər verir ki, zədələnmiş dron Çosnuvka kəndi yaxınlığındakı əkin sahəsinə düşüb.
Xəsarət alanlar olmayıb.