Donald Tusk Donald Trampın Vladimer Putini dost adlandırmasına münasibət bildirir – “Tanrı, bizi belə dostlardan qoru”
Tanrı, bizi belə dostlardan qoru — Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimer Putini dost adlandırmasına münasibət bildirərək sosial şəbəkədə yazır.
Trampın bəyanatına Polşanın xarici işlər naziri Radoslav Sikorski də münasibət bildirib. O, Trampın bəyanatının narahatlıq doğurduğunu deyib.
“Doğrudan da, mühakimə yürütmək çətindir, lakin Putini qucaqlamaq və dost adlandırmaq müəyyən narahatlığa səbəb olur, çünki sual ortaya çıxır — o, kiminlə daha çox dostluq edir, Putinlə, yoxsa bizim prezidentlə? Bəs vəziyyət pisləşərsə, nə edəcək, hansı dostunu seçəcək?” — Sikorski jurnalistlərə açıqlayıb.
Məlumat üçün bildirək ki, Çinin Şencen şəhərində Donald Tramp və Vladimer Putinin təkbətək görüşü zamanı ABŞ Prezidenti Putini dost adlandırıb. “O kimdir? Bu, mənim dostumdur” — Tramp qeyd edib.