Donald Tusk, bir il əvvəl Varşavanın ticarət mərkəzində miqyaslı yanğının arxasında Rusiya xüsusi xidmət orqanlarının olduğunu bildirir
Donald Tusk, bir il əvvəl Varşavanın ticarət mərkəzində miqyaslı yanğının arxasında Rusiya xüsusi xidmət orqanlarının olduğunu bildirir

 

Polşanın Baş naziri Donald Tusk 2024-cü ilin mayında Varşavada ticarət mərkəzində baş vermiş miqyaslı yanğının arxasında Rusiya xüsusi xidmət orqanlarının olduğunu bildirib.

Tusk bildirib ki, sübutlar əsasında yanğının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyi müəyyən edilib.

“Sifarişin necə verildiyi və yanğının necə başladığı barədə müfəssəl məlumata sahibik. Onların hərəkətləri Rusiya Federasiyasının ərazisində olan müəyyən edilmiş şəxs tərəfindən təşkil edilib və idarə edilib” – Tusk bildirib.

Həmçinin, o qeyd edib ki, bu işlə əlaqəsi olanların bir hissəsi artıq saxlanılıb, bəziləri isə azadlıqdadır, onların saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmçinin, Tusk bildirib ki, bu məsələdə oxşar halların baş verdiyi Litva ilə əməkdaşlıq edilir.

Xatırladaq ki, 2024-cü ilin mayın 12-də Varşavada yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verdi. Yanğın nəticəsində 1400 mağaza və xidmət mərkəzi məhv oldu.