Donald Tusk – Avropa İttifaqı kimisə aldatmaq üçün yaradılmayıb, sülhü qorumaq, xalqlar arasında hörmət yaratmaq üçün yaradılıb

16:46, 27.02.2025

 
Avropa İttifaqı kimisə aldatmaq üçün yaradılmayıb – bu haqda Polşanın Baş naziri Donald Tusk bildirib və bununla, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ilə bağlı bəyanatına münasibət bildirib.

Tusk bildirib ki, Avropa İttifaqı sülhü qorumaq üçün yaradılıb.

“Əksinə, Avropa İttifaqı sülhü qorumaq, xalqlar arasında hörmət yaratmaq, azad, ədalətli ticarətin yaradılması, transatlantik dostluğun güclənməsi üçün yaradılıb. Hər şey bu qədər sadədir” – Donald Tusk yazır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bildirib: “Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarını aldatmaq üçün yaradılıb, məqsədi budur və bu işin öhdəsindən çox yaxşı gəliblər”.

Oxşar