Donald Trump – “Roma Papası cinayətkarlığa qarşı mübarizədə zəifdir, xarici siyasətdə isə dəhşətlidir. ABŞ prezidentini tənqid edən Papa istəmirəm. Leo, Papa kimi özünü toparlamalıdır
Donald Trump – “Roma Papası cinayətkarlığa qarşı mübarizədə zəifdir, xarici siyasətdə isə dəhşətlidir. ABŞ prezidentini tənqid edən Papa istəmirəm. Leo, Papa kimi özünü toparlamalıdır

Donald Trump – “Roma Papası Leo cinayətkarlığa qarşı mübarizədə zəifdir, xarici siyasətdə isə dəhşətlidir”, – ABŞ prezidenti deyib.

Donald Trampın sözlərinə görə, o, İranın nüvə silahına sahib olmasını normal hesab edən və onu tənqid edən papanı istəmir.

“Papa Tramp administrasiyasına qarşı ‘qorxu’dan danışır, amma pandemiya zamanı Katolik Kilsəsi və digər xristian təşkilatların yaşadığı qorxunu xatırlatmır; o vaxt keşişlər və dini xidmətçilər hətta açıq havada, 10-20 fut məsafədə olduqları halda ibadət üçün saxlanılırdı. Onun qardaşı Lui mənim xoşuma gəlir, çünki o, sona qədər MAGA tərəfdarıdır. O bunu anlayır, Leo isə yox! Mən İranın nüvə silahına sahib olmasını normal hesab edən papanı istəmirəm. Mən Venesuelaya hücumu pisləyən papanı da istəmirəm – bu ölkə ABŞ-a çoxlu narkotik göndərir və hətta öz həbsxanalarını boşaldaraq qatilləri və narkotik tacirlərini ölkəmizə buraxır. Mən həmçinin ABŞ prezidentini tənqid edən papanı istəmirəm, çünki mən məni seçən böyük səs çoxluğunun istədiyini edirəm – cinayəti tarixi minimuma endirmək və ən güclü birja göstəricilərini yaratmaq. Leo minnətdar olmalıdır, çünki o, hamını təəccübləndirən seçim idi. O, heç siyahıda belə yox idi və kilsə onu yalnız amerikalı olduğu üçün və Trampa qarşı istifadə etmək üçün əlavə etmişdi. Mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı”, – Tramp bildirib.**

Bununla yanaşı, o deyib ki, “Roma Papası Leo XIV ağlını başına yığmalıdır”.

“Leo Papa kimi özünü toparlamalı, sağlam düşüncə ilə hərəkət etməli, radikal solçulara uyğunlaşmağı dayandırmalı və böyük Papa olmağa fokuslanmalıdır, siyasətçi yox. Bu, ona və Katolik Kilsəsinə zərər verir”, – Tramp sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Roma Papası Yaxın Şərqdəki müharibə ilə bağlı ABŞ administrasiyasını bir neçə dəfə tənqid edib və Trampın sivilizasiyanın məhv olunması ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb.