Donald Trump – Növbəti iki-üç həftə ərzində İrana çox güclü zərbə endirəcəyik, biz onları aid olduqları yerə – daş dövrünə qaytaracağıq
Donald Trump bildirib ki, ABŞ yaxın iki-üç həftə ərzində İrana güclü zərbə endirəcək.
“Yaxın iki-üç həftə ərzində biz onlara çox güclü zərbə vuracağıq. Biz onları aid olduqları yerə – daş dövrünə qaytaracağıq”, – deyə ABŞ prezidenti qeyd edib.
Onun sözlərinə görə, Hörmüz boğazı münaqişə başa çatdıqdan sonra “təbii şəkildə açılacaq”.
“İran faktiki olaraq məhv edilib – ən çətin hissə artıq görülüb, buna görə də indi bu, asan olmalıdır və istənilən halda, münaqişə başa çatdıqda, boğaz təbii şəkildə açılacaq”, – deyə Tramp vurğulayıb.
O həmçinin bildirib ki, Hörmüz boğazının yenidən açılmasına görə məsuliyyəti ABŞ-ın müttəfiqləri daşıyacaq və onları “gecikmiş cəsarət göstərməyə” çağırıb. Tramp müttəfiqlərə müraciət edərək, kritik əhəmiyyətli dəniz yoluna nəzarətin bərpası əməliyyatına rəhbərlik etmələrini istəyib.
“Gedin boğaza və sadəcə onu götürün, qoruyun, öz xeyriniz üçün istifadə edin. Çətin hissə artıq görülüb, buna görə indi bu, asan olmalıdır”, – deyə o bildirib.
Bundan əlavə, ABŞ prezidenti müttəfiqləri nefti ABŞ-dan almağa çağırıb və qeyd edib ki, Birləşmiş Ştatlar artıq Hörmüz boğazı vasitəsilə neft idxal etməyəcək.
“Birləşmiş Ştatlar Hörmüz boğazı vasitəsilə demək olar ki, heç vaxt neft idxal etmir və gələcəkdə də etməyəcək. Bizim buna ehtiyacımız yoxdur. Nə əvvəllər ehtiyacımız olub, nə də gələcəkdə olacaq”, – deyə Tramp milli müraciəti zamanı qeyd edib.