Donald Trump — NATO üzvləri qorxaqdır və biz bunu yadda saxlayacağıq
Donald Trump — NATO üzvləri qorxaqdır və biz bunu yadda saxlayacağıq

Donald Trump bildirib ki, NATO üzvləri qorxaqdır və ABŞ bunu yadda saxlayacaq.

Trampın sözlərinə görə, ABŞ olmadan NATO “kağız pələng”dir.

“Onlar nüvə silahına malik İranın qarşısını almaq üçün mübarizəyə qoşulmaq istəmirdilər. İndi isə hərbi yolla qazanılmış qələbədən sonra, onlar üçün çox az risk olmasına baxmayaraq, ödəmək məcburiyyətində qaldıqları yüksək neft qiymətlərindən şikayət edirlər. Lakin neftin yüksək qiymətlərinin yeganə səbəbi olan Hörmüz boğazının açılmasına kömək etmək istəmirlər — halbuki bu, sadə hərbi manevrdir və onlar üçün çox az risk daşıyır. Bunu etmək onlar üçün bu qədər asandır. Onlar qorxaqdırlar və biz bunu yadda saxlayacağıq”, – deyə Donald Tramp bildirib.