Donald Trump – İranla müharibə sona yaxınlaşıb, amma bitmiş deyil, düşünürəm ki, onlar çox istəyirlər razılaşma bağlamağı
Donald Trump – İranla müharibə sona yaxınlaşır, lakin hələ başa çatmayıb. Bu barədə ABŞ prezidenti Fox News-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, düşünür ki, iranlılar razılaşma əldə etməyi çox istəyirlər.
“Düşünürəm ki, hər şey sona yaxınlaşır. Bilirsiniz nə? Əgər indi mərc etsəydim, onların bu ölkəni bərpa etməsi üçün 20 il lazım olardı və biz hələ işimizi tamamlamamışıq. Gəlin görək nə baş verəcək. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər”, – deyə Tramp bildirib.