Donald Trump – İranda müharibə sona yaxınlaşır
Donald Trump – İranda müharibə sona yaxınlaşır

İranda müharibə sona yaxınlaşır, – bunu ABŞ prezidenti Donald Trump bəyan edib.

“Biz çox yaxşı irəliləyirik. Bütün bunlar sona yaxınlaşır”, – deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, İranın hərbi qüvvələri “məhv edilib”, hazırkı rəhbərliyi isə əvvəlki liderlərlə müqayisədə “daha ağıllı” və daha az “radikallaşmışdır”.

“Biz İranın nüvə silahına malik olmasına imkan verməyəcəyik”, – deyə o vurğulayıb.