Donald Trump: “İnanın ya inanmayın, Ukraynadakı müharibə sona yaxınlaşır. Nəticədə Rusiya ilə Ukrayna arasında razılığa nail olacağıq”
Donald Trump: “İnanın ya inanmayın, Ukraynadakı müharibə sona yaxınlaşır. Nəticədə Rusiya ilə Ukrayna arasında razılığa nail olacağıq”

Donald Trump bildirib ki, Ukraynada müharibənin başa çatması çox yaxındır və nəticədə Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunacaq.

“Mən düşünürəm ki, bu, çox yaxındır — Ukraynada müharibənin sonu. Həqiqətən hesab edirəm ki, bu, çox yaxındır”, – deyə Tramp bildirib.

Jurnalistin onun bu il Rusiyaya səfər edib-etməyəcəyi ilə bağlı sualına Tramp “lazım olan hər şeyi edəcəyini” cavablandırıb.

“Mən deyə bilərəm ki, lazım olan hər şeyi edəcəyəm. Mən səkkiz müharibəni həll etmişəm. Bu müharibə sona yaxınlaşır. İnanın ya inanmayın, bu baş verir və biz düşünürük ki, sonda Rusiya ilə Ukrayna arasında razılığa nail olacağıq”, – deyə ABŞ prezidenti qeyd edib.

ABŞ prezidenti ilə Vladimir Putin arasında Rusiyanın bütün Donbası alması ilə bağlı hər hansı razılaşmanın olub-olmaması sualına isə Tramp mənfi cavab verib.

Bununla yanaşı, NATO barədə danışan Tramp alyansdan məyus olduğunu bildirib.

“NATO məndə böyük məyusluq yaratdı. NATO bizim ehtiyac duyduğumuz yerdə olmadı. Bizim NATO-ya ehtiyacımız yoxdur, amma onlar bizə lazım olanda belə orada deyildilər”, – deyə Tramp vurğulayıb.