Donald Trump – Danışıqlar çox yaxşı gedir, amma İran ilə heç vaxt nə olacağını bilmirsən; danışırıq və sonra isə həmişə onları bombalamaq məcburiyyətində qalırıq
Donald Trump – Danışıqlar çox yaxşı gedir, amma İran ilə heç vaxt nə olacağını bilmirsən; danışırıq və sonra isə həmişə onları bombalamaq məcburiyyətində qalırıq

Donald Trump bildirib ki, ABŞ ilə İran arasında danışıqlar uğurla davam edir.

“İranla danışıqlar bu gün çox yaxşı keçdi, uzun müddət əvvəl bizə verməli olduqları bir çox şeyi əldə etdik. Görək nəticə nə olacaq, amma hər şey yaxşı gedir”, – deyə Donald Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, hörmət əlaməti olaraq İran Hörmüz boğazı vasitəsilə neft yüklü 20 gəminin keçməsinə icazə verib.

“Dörd gün əvvəl hədiyyədən danışmışdım – demişdim ki, mənə nəsə veriblər, amma bunun nə olduğunu açıqlamağı lazım bilmirdim. Bu, neft yüklü 10 nəhəng gəmi idi. Bu gün isə bizə daha bir hədiyyə etdilər – neftlə yüklənmiş 20 gəmi, onların hərəkəti sabah başlayır”, – deyə Tramp qeyd edib.

Bununla yanaşı, Donald Tramp İranın nüvə proqramının dayandırılması ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, lakin qeyd edib ki, Tehran hər zaman etibarlı tərəf olmur.

“Danışıqlar çox yaxşı gedir, amma İranla heç vaxt nə olacağını bilmirsən. Onlarla danışırıq və sonra isə həmişə onları bombalamaq məcburiyyətində qalırıq”, – deyə o əlavə edib.