Donald Trump – Biz hamımız fırıldaqçı Conun qəzəbli, qaranlıq, nifrətlə dolu Konqresdəki çıxışına qulaq asdık, o, demokratiya üçün təhlükədir
ABŞ-ın sabiq prezidenti Donald Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin demokratiya üçün təhlükə olduğunu bildirir. Tramp bu barədə Corciya ştatında seçkiqabağı kampaniya zamanı bildirib.
Trampın bəyan etdiyinə görə, Bayden bacarıqsızdır. ABŞ-ın sabiq prezidenti həmçinin Putinin davamlı olaraq nüvə silahından danışmağının əsas səbəbi kimi Baydeni göstərir.
“İki gecə əvvəl biz hamımız fırıldaqçı Conun Konqresin illik müraciətində qəzəbli, qaranlıq, nifrət dolu çıxışına qulaq asdık. O, demokratiya üçün təhlükədir. Co Baydenin çıxışı bir prezident tərəfindən indiyə qədər edilən ictimayyətdə bölünməyə səbəb olan, radikal və ekstremal çıxış olub. Putinin niyə nüvə silahından danışdığını bilirsinizmi? Çünki, o bilir ki, bizim axmaq prezidentimiz var. O bilir ki, bizə qarşı hər şey edə bilər, amma bizim ən böyük təhlükəmiz ölkə daxilindədir. Ölkədə radikal solçu çılğınlarımız var. Bu, daha böyük bir təhlükədir”, – deyə Tramp bildirir.