Donald Trump – Bir çox amerikalı son vaxtlar ölkədə benzinin qiymətinin artmasından narahatdır, iqtisadiyyatımız isə tezliklə indiyədək görünməmiş güclü artım mərhələsinə başlayacaq
ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ-da benzin qiymətləri azalacaq.
Onun sözlərinə görə, maliyyə bazarlarında vəziyyət də yaxın zamanda yaxşılaşacaq.
“Bir çox amerikalı son vaxtlar ölkədə benzinin qiymətinin artmasından narahatdır. Bu qısamüddətli artım tamamilə İran rejiminin qonşu ölkələrin kommersiya neft tankerlərinə qarşı həyata keçirdiyi düşünülməmiş terror hücumları ilə bağlıdır — bu ölkələrin isə həmin münaqişə ilə heç bir əlaqəsi yoxdur. İqtisadiyyatımız güclüdür və hər gün daha da yaxşılaşır, tezliklə indiyədək görünməmiş güclü artım mərhələsinə başlayacaq. Bu artım bir ay əvvəlki səviyyəni də üstələyəcək”, – deyə Tramp qeyd edib.a