Donald Trump bəyan edib ki, Çin İranın nüvə silahına sahib olmasını istəmir
Donald Trump bəyan edib ki, Çin İranın nüvə silahına sahib olmasını istəmir

Çin Boeing şirkətindən 200 təyyarə sifariş edəcək — bu barədə ABŞ Prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində bildirib.

“Bu gün Çin Prezidenti bir məsələdə mənimlə razılaşdı — 200 təyyarə sifariş etməyi planlaşdırır. Bu böyük hadisədir — 200 böyük “Boeing”. Bu, çoxlu sayda iş yeri deməkdir”, — deyə Tramp bildirib.

Trampın sözlərinə görə, Çin həmçinin Amerika neftini almağa da razılaşıb.

“Biz Çin gəmilərini Texas, Luiziana və Alyaskaya göndərməyə başlayacağıq. Bu, onların həqiqətən ehtiyac duyduğu məsələlərdən biridir — enerji. Bizim sonsuz enerji ehtiyatlarımız var”, — deyə o qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, Çin İranın nüvə silahına sahib olmasını istəmir.

“Mən düşünmürəm ki, Çin İranın nüvə silahına sahib olmasını istəyir”, — deyə Tramp bildirib.

Xi Jinping haqqında danışan Tramp qeyd edib ki, Çin lideri çox ağıllı və səmimi insandır.

“O, çox ağıllı insandır. Bizim yaxşı münasibətlərimiz var. O, tamamilə işə fokuslanıb. Heç bir oyun yoxdur — və bu, yaxşıdır”, — deyə Tramp vurğulayıb.

Bununla yanaşı, Trampın sözlərinə görə, İranla razılaşma əldə olunması məsələsində onun səbrinin sonu çatır.

“Mən artıq çox səbirli olmayacağam. Onlar razılığa gəlməlidirlər. İstənilən sağlam düşüncəli insan razılığa gələrdi, amma ola bilsin ki, onlar dəlidirlər”, — deyə o bildirib.

Müsahibənin sonunda Tramp ABŞ və Çini “G2” adlandırıb və qeyd edib ki, bu, tarixə “çox mühüm an” kimi düşəcək “tarixi sammit” olub.