Donald Trump bəyan edib ki, Chris Wright-ın 2027-ci ilə qədər ABŞ-da benzinin qiymətinin 3 dollardan aşağı düşməyə biləcəyi ilə bağlı proqnozu yanlışdır
Donald Trump ABŞ-ın enerji naziri Chris Wright-ın benzinin qiymətləri ilə bağlı fikrinin səhv olduğunu bildirib. Bu barədə o, “The Hill”ə telefon müsahibəsində deyib.
Wright əvvəlcə qeyd etmişdi ki, 2027-ci ilə qədər ABŞ-da benzinin qiyməti bir qallona görə 3 dollardan aşağı düşməyə bilər.
“Xeyr, məncə o bu məsələdə yanılır”, – deyə Trump bildirib.
Xatırladaq ki, İranla münaqişənin başlamasından sonra yanacağın qiyməti bir qallona görə 1 dollardan çox artıb. Bu artım əsasən Hörmüz boğazında qlobal neft tədarükünün pozulması ilə əlaqələndirilir.
“CNN”-in məlumatına görə, hazırda bir qallon benzinin orta qiyməti 4 dollardan yuxarıdır. 28 fevralda, ABŞ–İsrail–İran gərginliyi başlamazdan əvvəl isə qiymət 3 dollardan aşağı idi.