Donald Trump: Atəş zamanı həyəcanlanmadım, nə baş verdiyini görmək istəyirdim, ətrafımda möhtəşəm insanlar var idi
Donald Trump: Atəş zamanı həyəcanlanmadım, nə baş verdiyini görmək istəyirdim, ətrafımda möhtəşəm insanlar var idi

Donald Trump Ağ Evin Müxbirlər Assosiasiyasının qəbulunda baş verən atışma ilə bağlı CBS News-a danışıb.

Trampın sözlərinə görə, hücum edən şəxs “xəstə” və “radikallaşmış” biridir — əvvəl xristian olub, daha sonra isə anti-xristian mövqelərə keçib.

“Onun ailəsi çox narahat idi. O, yəqin ki, kifayət qədər xəstə bir insan idi”, – deyə ABŞ prezidenti bildirib.

Donald Tramp qeyd edib ki, atışma zamanı vəziyyəti görmək istədiyi üçün mühafizəçilərə bir qədər “mane olurdu”.

“Gərgin deyildim. Biz dəli bir dünyada yaşayırıq. Nə baş verdiyini görmək istəyirdim. Ətrafımda möhtəşəm insanlar var idi. Yəqin ki, müəyyən mənada onları ləngitdim. Deyirdim — gözləyin, gözləyin. Görmək istəyirdim nə baş verir”, – deyə o vurğulayıb.

Hadisəyə baxmayaraq, ABŞ prezidenti hesab edir ki, tədbir yaxın 30 gün ərzində bərpa olunmalıdır.

“Dəli bir insan buna son qoya bilməz. Bu çox vacibdir”, – deyə Tramp əlavə edib.

Məlumata görə, atışmada şübhəli bilinən şəxs 31 yaşlı Cole Thomas Allendir. Bildirilir ki, o, hücumdan bir neçə dəqiqə əvvəl ailəsinə elektron poçt vasitəsilə manifest göndərərək Tramp administrasiyasının üzvlərini hədəf kimi göstərib.