Donald Trampla planlaşdırılan görüşdə Volodimir Zelenskiyə və Avropa liderlərinə Finlandiya və Fransa prezidentləri də qoşulacaqlar
Vaşinqtonda Donald Trampla planlaşdırılan görüşdə Volodimir Zelenskiyə və Avropa liderlərinə Finlandiya və Fransa prezidentləri də qoşulacaqlar. Bu məlumatı Finlandiya və Fransa prezidentlərinin ofisləri təsdiqləyib.
Bundan əvvəl ABŞ və Ukrayna prezidentlərinin danışıqlarında iştirakını Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Almaniyanın kansleri Fridrix Mers də təsdiqləmişdilər.
Elize sarayının bir qədər əvvəl yaydığı bəyanatda bildirilir ki, liderlər Avropa ilə ABŞ arasında koordinasiyaya, ədalətli və davamlı sülhün əldə olunmasına uşaqlayırlar. Bu isə Ukrayna və Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.
Bundan əlavə, Ağ Evdə ABŞ, Ukrayna və Avropa liderlərinin danışıqlarında NATO-nun Baş katibi Mark Rutte də iştirak edəcək. Müvafiq məlumatı Şimal Atlantika Alyansı təsdiqləyib.