Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof Rusiyaya səfər etməyi planlaşdırır

11:25, 11.03.2025

 
ABŞ-nin Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof Rusiyaya səfər etməyi planlaşdırır. “Reuters” bu barədə iki yüksək vəzifəli məmura istinadən yazır.

Mənbələr Uitkofun Rusiyada ölkə prezidenti Vladimer Putinlə görüşəcəyini təsdiqləyirlər.

Yüksək vəzifəli məmurlardan biri isə Uitkofun bu həftə Moskvaya səfər edəcəyini deyir.

Uitkof Vladimer Putinlə daha əvvəl də görüşüb. Görüş fevral ayında baş tutub, bu da Mark Foqelin ABŞ-a qayıtması ilə müşaiyət olunub. Foqel tibbi məqsədlər üçün təyin edilmiş marixuananı saxladığına görə Rusiyada 14 il həbs cəzasına məhkum edilmiş amerikalı tarix müəllimidir.

Oxşar