Donald Trampın Venesueladakı xüsusi nümayəndəsi Nikolas Maduro ilə görüşəcək

21:24, 31.01.2025

CNN məlumatlı mənbəyə istinadən xəbər verir ki, “Qrenel Venesuelanın avtoritar prezidenti Nikolas Maduro ilə görüşəcək”.

Onların sözlərinə görə, Qrenell və Maduronun əsas söhbət mövzusunun ABŞ-dan qanunsuz venesuelalı miqrantların deportasiyası olacağı gözlənilir.

CNN-in məlumatına görə, Trampın nümayəndəsi Venesuelada saxlanılan bir neçə amerikalı ilə bağlı məsələni də qaldıra bilər. Qrenell Tramp seçiləndən sonra bir neçə dəfə Venesuela müxalifəti ilə görüşüb və bu səfər zamanı da onlarla görüşəcəyi gözlənilir.

Oxşar