Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi – Müharibə vaxtı seçkilər sağlam demokratiyanın əlamətidir
ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi qeyd edib ki, Ukrayna müharibə gedərkən seçki keçirməyə hazır olmalıdır, çünki bunu etmək qabiliyyəti “sağlam demokratiyanın əlamətidir”.
Keloqi bildirib ki, seçkilər “bütün demokratik ölkələrdə” keçirilir, eləcə də ABŞ-da da “seçkilər müharibələrin pik vaxtında keçirilib”.
“Fikrimcə, indi ukraynalılar seçki keçirə bilmirlər, çünki bu, onların konstitusiyasında yazılıb, onlar – ukraynalılar hərbi əməliyyatlar bitənə qədər seçki keçirə bilmirlər” – ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi bildirib.
Kit Keloqinin fikrincə, seçkilərin keçirilməsi “Zelenski indi getməlidir” mənasına gəlmir.
“Sağlam demokratiyanın əlaməti hətta müharibə vaxtı belə seçki keçirmək qabiliyyəti və hazırlığıdır” – Keloqi qeyd edib.