Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi – Donald Tramp andiçmə mərasimindən sonra 100 gün ərzində Ukraynada müharibəni bitirmək istəyir

10:38, 09.01.2025

 
Donald Tramp andiçmə mərasimindən sonra 100 gün ərzində Ukraynada müharibəni bitirmək istəyir – bu sözləri Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, general Kit Kelloqi deyib. “Fox News”a verdiyi müsahibədə Kelloqi Donald Trampın andiçmə mərasimindən sonra 100 gün ərzində davam edən genişmiqyaslı müharibəni bitirmək üçün çıxış yolu tapmaq niyyətində olduğunu qeyd edib.

Kelloqi həm Trampın, həm də onun özünün bu çıxış yolunu tapmaq üçün az vaxtlarının olduğunu başa düşdüyünü qeyd edib.

“Xalq başa düşməlidir: o, Putinə və ya ruslara nəsə verməyə çalışmır, o, əslində Ukraynanın suverenliyini xilas etməyə və onun ədalətli olacağına zəmanət verməyə çalışır” – Kelloqi qeyd edib.

Trampın müşaviri hesab edir ki, Baydenin “ən böyük səhvi” 2022-ci ildən sonra Vladimer Putinlə danışmaqdan imtina etməsi olub, Tramp isə bunu etməkdə qərarlıdır.

“Həm şəxsi, həm də peşəkar olaraq qarşıma məqsəd qoymaq istəyirəm, deyərdim ki, qarşıya 100 gün hədəf qoyaq” – Kelloqi bildirib.

Oxşar