Donald Trampın sözlərinə görə, onun administrasiyası artıq Rusiya ilə Ukraynadakı müharibə ilə bağlı “çox ciddi” müzakirələr aparıb
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, onun administrasiyası artıq Rusiya ilə Ukraynadakı müharibə ilə bağlı “çox ciddi” müzakirələr aparıb.
ABŞ prezidentinin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsi ilə bağlı danışıqlar aparacaq.
“Biz danışacağıq və düşünürəm ki, vacib bir şey olacaq. Biz bu müharibəni bitirmək istəyirik. Mən prezident olsaydım, bu müharibə başlamazdı”. – Tramp Oval kabinetdə jurnalistlərə bildirib.
Tramp administrasiyasında kimin ruslarla əlaqə saxladığını açıqlamayıb, ancaq israr edib ki, hər iki tərəf “artıq danışır”. – Putinlə birbaşa danışıb-danışmadığı sualına Tramp belə cavab verib: “Mən bu barədə danışmaq istəmirəm”.