Donald Trampın siyasətinə qarşı ölkə üzrə kütləvi etiraz aksiyaları keçirilib
Donald Trampın siyasətinə qarşı ölkə üzrə kütləvi etiraz aksiyaları keçirilib

ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı ölkə üzrə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar “Xeyr, krallara” şüarı ilə təşkil olunub. 50 ştatda 3 200-dən çox tədbir planlaşdırılmışdı. Bu, oxşar şüarla Trampa qarşı təşkil olunan aksiyaların üçüncü dalğasıdır.

Təşkilatçıların sözlərinə görə, onlar ABŞ Prezidentinin siyasətini, o cümlədən İranda müharibə siyasətini, Federal Miqrasiya Xidmətinin fəaliyyəti və mənzil qiymətlərinin artmasını tənqid edirlər.

“Təzyiq göstərərək hakimiyyət qurmaq istəyir, lakin bu Amerika və xalqın gücüdir, krallıq arzusu olanlara və ya onların milyarder dostlarına deyil”, – təşkilatçılar bildiriblər.

Martın 28-də bütün gün boyunca demostrasiyalar ABŞ-ın demək olar ki, bütün iri şəhərlərində, o cümlədən Nyu-York, Vaşinqton və Los-Ancelesdə keçirilib. Aksiya iştirakçıları Trampın, vitse-prezident Cey D. Vensin və administrasiyanın digər üzvlərinin fiqurlarını daşıyıb və onların istefası və həbsini tələb ediblər.

Aksiyalar insidentlərsiz keçməyib. Los-Ancelesdə federal hüquq-mühafizə orqanlarına hücum səbəbilə iki nəfər saxlanılıb. Dallasta da “kiçik qarşıdurmalar” baş verərək, kontrdemonstrantların küçələri bağlaması və “Xeyr, krallara” yürüşünü pozması nəticəsində həbs əməliyyatları aparılıb.

Bəzi ştatlarda Milli Qvardiyanın səfərbər edilməsi həyata keçirilib.