Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatları fonunda Danimarka Parlamentində ABŞ-la münasibətləri müzakirə edəcəklər
Bu gün Kopenhagendə Danimarka Parlamentinin Xarici İşlər Komitəsinin fövqəladə iclası keçiriləcək. Bu haqda məlumatı Danimarkanın Xarici İşlər Nazirliyi yayır.
İclasda yeganə məsələni – ABŞ Prezidenti Donald Tramp tərəfindən Qrenlandiya ilə bağlı verilən bəyanatlar fonunda Krallıq və Amerika Birləşmiş Ştatları arasındakı münasibətləri müzakirə etməlidirlər.
Görüş Kristiansborq Sarayında keçiriləcək və Danimarka Parlamentinin üzvləri iştirak edəcəklər.
İclasda Danimarka hökumətini xarici işlər və müdafiə nazirləri təmsil edəcəklər.