Donald Trampın oğlu gələcəkdə prezident seçkilərində iştirakı istisna etmir
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Qətərə səfəri zamanı bildirib ki, ola bilsin nə vaxtsa prezident seçkilərində iştirak etsin, çünki “çağırış” var.
Donald Tramp vəzifəsini tərk etdikdən sonra “idarəetmənin cilovlarını” ələ almağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala, Trampın oğlu deyib: “Bu barədə məndən soruşmaları mənim üçün şərəfdir və bəzi insanların buna qarşı heç nəyinin olmaması şərəfdir. Beləliklə, cavab belədir: bilmirəm, bəlkə bir gün… bilirsiniz, çağırış var. Mən hər zaman bu məsələlərin çox fəal dəstəkçisi olacağam. Düşünürəm ki, atam həqiqətən Respublikaçılar Partiyasını dəyişdi” – kiçik Tramp bildirib.
Mayın 4-də ABŞ Prezidenti Donald Tramp ikinci səlahiyyət müddəti başa çatdıqdan sonra Ağ Evi tərk edəcəyini və vəzifədə olma müddətini uzatmağa çalışmayacağını bildirib.