Yaxın Şərqdə növbəti mümkün eskalasiyaya görə neft yenidən bahalaşıb. Mayın 12-də bir barel “Brent” markalı neft 106,4 dollar, WTI isə 100,6 dollar qiymətində olub. Bu barədə “Trading Economics”in göstəriciləri xəbər verir.
Mayın 11-i səhər “Brent”in qiymətləri 103-105 dollar arasında, WTI isə 96,5-100 dollar arasında dəyişirdi.
Neftin bahalaşması ABŞ və İran arasında atəşkəs razılaşması ilə bağlı mövcud kövrək vəziyyətlə əlaqədardır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin “süni tənəffüsə bağlı” olduğunu bildirib və sülh danışıqlarında bir sıra tələblərlə bağlı fikir ayrılıqlarına işarə edib.