Donald Trampın müşaviri Stiven Miller bildirir ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ABŞ-ın xarici siyasətinin prioritetlərindən biridir
Donald Trampın müşaviri Stiven Miller bildirir ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ABŞ-ın xarici siyasətinin prioritetlərindən biridir


ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Miller bəyan edib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması Amerikanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

“Məhz bu məsələ prezident üçün xarici siyasətdə hələ də prioritet olaraq qalır — xüsusilə Ukrayna və Rusiya arasındakı müharibənin həlli,” – deyə Miller qeyd edib.

Stiven Millerin sözlərinə görə, əsas məqsəd Avropada sülhə nail olmaq və günahsız insanların qətlinin qarşısını almaqdır.

Donald Trampın müşaviri jurnalistlərin ABŞ prezident administrasiyasının yeni planı barədə suallarını cavablandırmaqdan imtina edib.

Məlumat üçün bildirək ki, Financial Times yeni “sülh planı”nın detalları barədə məlumat yayıb. Nəşrin mənbələrinin sözlərinə görə, bu plan ABŞ və Rusiya nümayəndələri tərəfindən Mayamidə hazırlanıb. Mənbələrin iddiasına əsasən, yeni plan Kiyev tərəfindən ciddi güzəştləri nəzərdə tutur.