Donald Trampın müşaviri – Qrenlandiya Amerika Birləşmiş Ştatları üçün vacibdir

11:16, 09.01.2025

 
Qrenlandiya Amerika Birləşmiş Ştatları üçün vacibdir – bu haqda ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müşaviri Mayk Uolts bildirib.

Mayk Uolts, məsələnin kritik əhəmiyyət kəsb edən minerallara aid olduğunu qeyd edib.

“Söhbət təbii sərvətlərdən gedir. Rusiya 60-dan çox buzqıran, bəziləri nüvə gücü ilə işləyən gəmi ilə Arktikanın kralı olmağa çalışır.
Bizdə iki gəmi var və birində bu yaxınlarda yanğın olub. Çinlilər də buzqıran gəmilərdən istifadə edirlər və eyni istiqamətdə hərəkət edirlər. Deməli, məsələ neft və qaza aiddir. Bu, bizim milli təhlükəsizliyimizdir” – Mayk Uolts bildirib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Mar-a-Laqoda jurnalistlərlə görüşərkən Panama kanalı və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisna etmədiyini bildirmişdi.

Oxşar