Donald Trampın müşaviri Mayk Uolts bildirir ki, Rusiya və Ukrayna tərəfləri ilə Qara dənizdə atəşkəs haqqında danışırlar

10:56, 24.03.2025

 
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bildirir ki, Rusiya və Ukrayna tərəfləri ilə Qara dənizdə atəşkəs haqqında danışırlar.

Bu haqda Uolts “CBS News”a müsahibəsində deyib. O, hər iki tərəflə danışan Amerika Prezidenti sayəsində indi heç vaxt olmadığı qədər sülhə daha yaxın olduqlarını bildirib.

“İrəliləyiş belə olacaq: hava ilə infrastruktura hücumla bağlı atəşkəs var. Bu, prezident Trampın Prezident Putinlə danışıqlarından dərhal sonra tətbiq olundu. Hər iki tərəfin taxıl, yanacaq daşıya bilməsi və Qara dənizdə ticarətə başlaya bilməsi üçün indi biz Qara dənizdə atəşkəs barədə danışmaq niyyətindəyik. Sonra isə biz faktiki ön xəttləri təmsil edən nəzarət xətti barədə danışacağıq. Bu, artıq təsdiqləmə mexanizmləri, sülhün qorunması, xəttlərin olduqları yerdə dondurulması kimi detalları müzakirə etməyə daxil olur. Və sonra, əlbəttə ki, daha geniş və daimi sülh, bu, daimi və uzunmüddətli sülh üçün ərazilərin müzakirəsi olacaq, ukraynalıların təhlükəsizlik təminatları adlandırdıqları və ya adlandıracaqları məsələlər” – Uolts, Səudiyyə Ərəbistanında başlanmış danışıqların məqsədi soruşulanda belə cavab verib.

Oxşar