Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi ilə bağlı qərarı Kaliforniya federal hakimi tərəfindən bloklanıb
Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi ilə bağlı qərarı Kaliforniya federal hakimi tərəfindən bloklanıb

Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi ilə bağlı qərarı Kaliforniya federal hakimi tərəfindən bloklanıb. Bu barədə məlumatı “BBC” yayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi barədə sərəncamı şəhərdə immiqrantlara qarşı keçirilən reydlərə etiraz məqsədilə təşkil olunmuş aksiyalara cavab olaraq imzalayıb. Kaliforniyanın qubernatoru isə bu qərarın əleyhinə çıxış edirdi.

Kaliforniya federal məhkəməsi qərara alıb ki, Donald Trampın sərəncamı qanunvericiliyə ziddir. Sözügedən qanunvericilik federal hökumətə hərbi qüvvələrin daxili məsələlərdə istifadəsinə icazə vermir.

Hakim prezidentin sərəncamını 12 sentyabra qədər dayandırıb. Trampın bu qərardan şikayət verməsi gözlənilir.