Donald Trampın Kanada mallarının geniş çeşidinə tətbiq etdiyi və bu gün qüvvəyə minməli olan 50 faizlik tarif qüvvəyə minməyəcək

10:19, 19.08.2026

ABŞ Prezidenti Donald Trampın Kanada mallarının geniş çeşidinə tətbiq etdiyi və bu gün qüvvəyə minməli olan 50%-lik tarif qüvvəyə minməyəcək. Tramp bu barədə tarifin tətbiqinə bir neçə saat qalmış açıqlama verib.
“Kanadaya qarşı tətbiq edilən və sabah səhər qüvvəyə minməli olan 50%-lik tarifləri üç gün müddətinə dayandırdım. Çünki Kanada ilə ABŞ arasında sənədlərin yekun imzalanması şərtilə razılaşma əldə olunub. Böyük Keystone XL neft kəməri, hansı ki, uzun müddət əvvəl ‘Yatan Co’ Bayden tərəfindən ləğv edilmişdi, bəlkə də məzarından yenidən dirilə bilər”, – deyə Tramp sosial şəbəkədə yazıb.
Tariflərin qüvvəyə minməsinin üç gün təxirə salınması bir neçə gün davam edən görüş və danışıqlardan sonra baş verib. Kanada Baş naziri Mark Karni ilə Donald Tramp arasında telefon danışığı olub, paralel olaraq isə danışıqlar davam edib.
Bundan əvvəl “Politico” yazmışdı ki, ABŞ və Kanada arasında Kanada mallarına 50%-lik tariflərin tətbiqinin qarşısını alacaq saziş layihəsi Tramp administrasiyasında müzakirə olunur.

Oxşar