Donald Trampın iddiasının ləğv edilməsi tələbi ilə "BBC" məhkəməyə vəsatətlə müraciət edir
Donald Trampın iddiasının ləğv edilməsi tələbi ilə "BBC" məhkəməyə vəsatətlə müraciət edir

 

ABŞ Prezidenti Donald Trampın iddiasının ləğv edilməsi tələbi ilə “BBC” teleşirkəti məhkəməyə vəsatətlə müraciət edir.

İddia, “BBC Panorama”nın sənədli filmində yer alan Donald Trampın çıxışının redaktə edilməsi ilə bağlıdır.

ABŞ Prezidenti ötən ay Florida məhkəməsində iddia qaldırıb və “BBC”ni böhtan və ticarət təcrübəsi haqqında qanunu pozmaqda günahlandırıb. Donald Tramp təzminat olaraq 5 milyard dollar tələb edir.

Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, “BBC” iddia edir ki, Florida məhkəməsi onun üzərində yurisdiksiyaya malik deyil və Donald Tramp iddiasını əsaslandıra bilməyib.

Həmçinin, yayımçı bəyan edir ki, proqram ABŞ-da yayımlanmayıb və prezident real zərəri sübut edə bilməyib, çünki o, yenidən seçilib və Floridada böyük səs çoxluğu ilə qalib gəlib.

Məlumat üçün bildirək ki, “BBC”nin baş direktoru Tim Deivi və Xəbərlər üzrə icraçı direktoru Debora Ternes korporasiya “BBC Panorama”nın sənədli filmə görə tənqid olunmasından sonra istefa veriblər. Filmdə ABŞ Prezidenti Donald Trampın çıxışı səhvən redaktə edilmişdi. “BBC” redaktə üçün Donald Trampdan üzr istəyib, lakin kompensasiya ödəməkdən imtina edib.