Donald Trampın elan etdiyi rüsumlara cavab olaraq Çində öz qanuni maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini bəyan edirlər
Donald Trampın elan etdiyi rüsumlara cavab olaraq Çində öz qanuni maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini bəyan edirlər

 

ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş rüsumlara cavab olaraq Çində “öz qanuni hüquqlarını və maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini” bəyan edirlər.

“Çinin rüsumların tətbiqinə qarşı mövqeyi ardıcıl və aydındır. Rüsum və ticarət müharibələrində qalib yoxdur. Məcburetmə və təzyiq problemləri həll edə bilməz. Proteksionizm bütün tərəflərin maraqlarına zərər verir” – ABŞ-dakı Çin səfirliyinin nümayəndəsi bildirib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla iqtisadi münasibətləri olan bütün ölkələrə ABŞ ilə istənilən növ iqtisadi əməkdaşlıq zamanı 25 faizlik rüsum tətbiq olunacaq.