Donald Trampın Çinə səfəri başladı
Donald Trampın Çinə səfəri başladı

 

ABŞ Prezidenti Çinə gedib. Donald Trampın təyyarəsi bir az əvvəl Pekin Hava Limanına eniş edib və onu Çinin vitse-prezidenti Han Çjen qarşılayıb.

Dövlət katibi Marko Rubio, müharibə katibi Pit Heqset və ticarət nümayəndəsi Cemison Qrir Trampla birlikdə Çinə gediblər.

Yüksək vəzifəli şəxslərdən başqa, Trampın komandasına İlon Mask da daxil olmaqla texnologiya şirkətlərinin icraçı direktorları daxildir.

Çin və ABŞ liderləri arasında təkbətək görüş mayın 14-nə planlaşdırılıb.

Xatırladaq ki, ABŞ Prezidentinin Çinə səfəri mayın 15-nə qədər davam edəcək.