Donald Trampın Birləşmiş Krallığa səfəri ilə eyni vaxtda Londonda etiraz yürüşü keçirilir
ABŞ Prezidenti Donald Trampın Birləşmiş Krallığa səfəri ilə eyni vaxtda Londonda etiraz yürüşü keçirilir. Nümayişin təşkilatçısı 50-dən çox qrupu, o cümlədən ekoloqları, Fələstin tərəfdarlarını və irqçiliyə qarşı olan qrupları birləşdirən “Trampı Dayandıraq Koalisiya” birliyidir.
Aksiya iştirakçılarının bir hissəsi əllərində “İrqçiliyə yox”, “Trampa yox” və “İsraili silahlandırmağı dayandırın” yazılı plakatlar tuturlar.
Londonda təhlükəsizliyi 1600-dən çox polis qoruyur.
Donald Tramp həyat yoldaşı Melania Trampla birlikdə Birləşmiş Krallığa bu gün gedib. Tramp Vindzor qəsrində kraliyyət ailəsinin üzvləri ilə görüşüb.
Məlumat üçün bildirək ki, bu, Donald Trampın Birləşmiş Krallığa ikinci dövlət səfəridir. Sabah ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək.