Donald Trampın andiçmə mərasimi bu gün keçiriləcək

10:16, 20.01.2025

 
Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi bu gün keçiriləcək.

Əvvəlcə vitse-prezident Ceyms Devid Vens Ali Məhkəmənin hakimi Bret Kavano qarşısında and içəcək, sonra isə Donald Tramp and içəcək, bundan sonra da çıxış edəcək.

Tramp yerli vaxtla saat 12:00-da and içəcək. Andiçmə mərasimi Kapitolinin binasında keçiriləcək. Buna səbəb isə Vaşinqtondakı güclü şaxtadır. Sonuncu dəfə belə hadisə 1985-ci ildə Ronald Reyqanın inauqurasiyası zamanı baş vermişdi.

Amerika Birləşmiş Ştatlarının sabiq prezidentlərindən Co Bayden, Barak Obama, Corc Buş kiçik və Bill Klinton Trampın andiçmə mərasimində iştirak edəcəklər.

Həmçinin, tarixdə ilk dəfə olaraq andiçmə mərasiminə başqa ölkələrin liderləri də dəvət olunublar. Argentinanın Prezidenti Xavier Miley, İtaliyanın Baş naziri Corcia Meloni, Ekvadorun Prezidenti Daniel Naboa və Salvadorun Prezidenti Naiib Bukele dəvət olunanlar siyahısındadırlar.

Mərasimə Çinin Prezidenti Si Dzinpin də dəvət olunmuşdu, lakin o, bundan imtina etdi, ancaq Çinin vitse-prezidenti andiçmə mərasimində iştirak edəcək. Həmçinin, Macarıstanın Baş naziri Viktor Orban da dəvət olunan qonaqlar arasında idi, lakin Vaşinqtona gedə bilmir. Buna səbəb isə Orbanın başqa tədbirdə iştirak etməli olmasıdır.

Oxşar