Donald Trampın administrasiyası ölkədə qeyri-qanuni şəkildə olan minlərlə əcnəbini Quantanamoda yerləşən ABŞ hərbi bazasına köçürməyə başlamağı planlaşdırır
ABŞ Prezident Administrasiyası Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni şəkildə olan minlərlə əcnəbini Quantanamo körfəzindəki ABŞ hərbi bazasına köçürməyə başlamağı planlaşdırır. Bu barədə “Washington Post” məlumat yayır.
Medianın məlumatına əsasən, köçürüləsi xarici ölkə vətəndaşları müxtəlif ölkələrdəndir. Onların arasında Avropa ölkələri: Britaniya, İtaliya, Fransa, Almaniya, İrlandiya, Belçika, Niderland, Litva, Polşa, Türkiyə və Ukrayna var; qeyri-qanuni mühacirlər həmçinin dünyanın başqa yerlərindəndir.
“Washington Post”un yazdığı kimi, ümumilikdə 9 000 insandan söz gedir. Hazırlıqlar Quantanamoya göndəriləcək qədər sağlam olub-olmadığını müəyyən etmək üçün 9 000 insanın tibbi müayinədən keçirilməsini əhatə edir.
Tramp administrasiyasının rəsmiləri bildirirlər ki, plan, daxili həbs müəssisələrində resursların azad edilməsinin zəruriliyi səbəbindən hazırlanıb.