Donald Trampın ada üzərində nəzarət haqda deməsindən sonra Finlandiya və İsveç Danimarka və Qrenlandiyaya dəstək ifadə ediblər
ABŞ Prezidenti Donald Trampın Amerika Birləşmiş Ştatlarının ada üzərində nəzarətə ehtiyacı olduğunu deməsindən sonra Finlandiya və İsveç liderləri Danimarka və Qrenlandiyaya dəstək ifadə ediblər.
Finlandiya Prezidenti Aleksander Stub sosial şəbəkədə yazıb ki, Qrenlandiya və Danimarkanın yerinə heç kim qərar verə bilməz.
“Skandinaviya dostumuz və Danimarkanın Baş naziri Mete Frederiksen bizim tam dəstəyimizə malikdir” – Finlandiya Prezidenti yazır.
İsveçin Baş naziri Ulf Kristersson da bildirib ki, yalnız Danimarka və Qrenlandiyanın öz məsələləri ilə bağlı qərar qəbul etmək hüququ var.
“İsveç qonşu ölkəni tam dəstəkləyir” – İsveçin Baş naziri sosial şəbəkədə qeyd edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl, Donald Tramp ABŞ-nin müdafiəsi üçün Qrenlandiyanın əldə edilməsinin zəruri olduğunu bildirib.
“Bizə həqiqətən Qrenlandiya lazımdır, mütləq. Müdafiə üçün bizə lazımdır” – Tramp bildirib.