Donald Tramp - Zərurət halında, ABŞ Hörmüz boğazında gəmiləri müşayiət edəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, zərurət halında, Amerika Birləşmiş Ştatlarının donanması Hörmüz boğazında gəmiləri müşayiət edəcək.
Donald Trampın sözlərinə əsasən, vurulan zərəri bərpa etmək üçün İrana artıq illər lazım olacaq.
Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Prezidenti əlavə ağır zərbələri gələn həftəyə elan edib.
“Lazım gələrsə, gəmiləri müşayiət edəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Biz İrana artıq o qədər zərər vurmuşuq ki, bərpa etmək üçün illər lazım olacaq. Gələn həftə daha ağır zərbələr endirəcəyik” – Donald Tramp “Fox News”a müsahibəsində qeyd edib.