Donald Tramp – Zelenski və Putin görüşməlidir
Donald Trampın sözlərinə görə, Zelenski və Putin görüşməlidir. Bu barədə ABŞ prezidenti Oval kabinetdə jurnalistlərə açıqlama verərkən deyib.
“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir. Bilirsən niyə? Biz milyonlarla insanın öldürülməsini dayandırmaq istəyirik. Gənc əsgərlər ölür. Mənim gördüyüm döyüş meydanının peyk şəkillərini görsəniz, heç vaxt belə şəkillər görməmisiniz.” – Tramp bildirib.
Donald Tramp da jurnalistlərə bildirib ki, sülh razılaşması əldə etmək şansı var.
Mən əmin olmalıydım ki, Rusiya bunu etmək istəyir”. – Tramp bildirib.
Tramp Ukrayna ilə nadir metallar üzrə sazişin imzalanması perspektivindən də danışıb.
“Düşünürəm ki, biz razılığa kifayət qədər yaxınıq. Düşünürəm ki, onlar bunu istəyirlər və bu vacibdir, bu, böyük bir işdir, amma bunu istəyirlər. Bu, bizi o ölkədə qoyur və onlar bundan çox məmnundurlar. Sadəcə pulumuzu geri alırıq. Bu, biz gəlməmişdən xeyli əvvəl imzalanmalı idi. Bayden imzalamalı idi, lakin Bayden həqiqətən nə etdiyini bilmirdi. Bu müharibə heç vaxt başlamamalı idi”. – Tramp bildirib.