Donald Tramp – Zelenski sövdələşmə etmək istəyir, Putin sövdələşmə etməməklə Rusiyanı məhv edir, Rusiyanın böyük bəlaya düçar olacağını düşünürəm

11:06, 21.01.2025

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bəyanatına əsasən, Rusiya-Ukrayna müharibəsi “heç vaxt başlamamalı idi”.

Jurnalistlər Donald Trampa seçki kampaniyası zamanı söz verdiyi kimi Ukrayna müharibəsini birinci gündəcə bitirib-bitirməyəcəyi haqda sual veriblər, Tramp zarafatla cavab verib: “Hələlik cəmi yarım gündür – daha yarım günüm var”. Müharibəni necə bitirməyi planlaşdırdığı haqda suala, Tramp cavab verib: “Mümkün qədər tez bir zamanda həll etməyə çalışacağıq”.

Tramp Oval kabinetdə icra sərəncamlarının ikinci paketini imzalayarkən Rusiya və Ukrayna prezidentləri haqqında da danışıb.

“Mən prezident Putinlə danışmalıyam. O, sevinməməlidir, işlər o qədər də yaxşı getmir. O, mübarizə aparır, lakin insanların əksəriyyəti müharibənin bir həftəyə bitəcəyini zənn edirdi, indi isə üç il keçib” – Donald Tramp bildirib.

O, təxminən bir milyon rus əsgərinin və 700 000 Ukrayna əsgərinin həlak olduğunu deyib. Donald Tramp qeyd edib ki, Rusiya iqtisadiyyatı da məhv olub.

“Rusiya daha böyükdür – onlar daha çox əsgər itirə bilərlər, lakin bu, ölkəni idarə etməyin yolu deyil. Zelenski sövdələşmə etmək istəyir, bilmirəm Putin istəyir, ya yox… Onun sövdələşmə etməməklə Rusiyanı məhv etdiyini, Rusiyanın böyük bəlaya düçar olacağını düşünürəm” – Tramp bildirib.

ABŞ Prezidenti sanksiyalarla bağlı suala cavab verib ki, “tarif daha yaxşı sözdür, çünki o, dolları daha güclü edir”.
“Mən zənn edirəm ki, tariflər daha effektivdir” – ABŞ Prezidenti bildirib.

Oxşar