Donald Tramp – Yeni il bizi gözləyir və görək yanvarın birindən sonra İranla bağlı nə baş verəcək, bu müharibəni biz başlatmamışıq, onlar 51 il əvvəl başlayıblar

18:13, 19.11.2026

 

ABŞ Prezidenti Donald Tramp bildirir ki, Birləşmiş Ştatlar yanvarın birindən sonra İran münaqişəsi ilə bağlı nə baş verəcəyini görəcək.

“Yeni il bizi gözləyir və görək yanvarın birindən sonra nə baş verəcək. Hərçənd, onlar dəhşətli insanlardır. Bu müharibəni biz başlatmamışıq, onu onlar 51 il əvvəl başlayıblar” – Tramp Çinə səfəri zamanı “Fox News”a açıqlayıb.

Bununla yanaşı, o, İranın bioloji və ya kimyəvi silah hazırlamaq üzərində işləyə biləcəyinə dair əlamətlər olduğunu deyib.

Trampın sözlərinə əsasən, İranın Vaşinqtonda “çirkli bomba” partlatmağı planlaşdırması ilə bağlı mediada yayılan məlumatlar daha az ehtimal olunur, lakin İranın bioloji və ya kimyəvi silah “araşdırdığına” dair işarələr var.

“İranın qazlar, bio məsələləri nəzərdən keçirdiyinə dair işarələr var, çünki biz onların nüvə silahı imkanlarını məhv etdik. Nüvə silahı xeyli mürəkkəbdir” – Tramp qeyd edib.

“CNN”in məqaləsinə əsasən, ABŞ kəşfiyyatının yeni məlumatlarına əsasən, İran Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmilərinə qarşı Vaşinqtonda hücumun mümkün planlarını hazırlayır. “CNN”in məlumatında, dırnaqarası “çirkli bomba” və ya kimyəvi silahdan istifadə imkanının müzakirə olunduğu deyilir.

Oxşar