Donald Tramp yaxın zamanlarda Natanz nüvə obyektinə zərbə endirəcəklərini bildirir

20:57, 21.07.2026

ABŞ Prezidenti Donald Tramp kifayət qədər yaxın zamanlarda Natanz nüvə obyektinə zərbə endirəcəklərini bildirir. Bu barədə o, Livan Prezidenti Cozef Aun ilə görüşü çərçivəsində media ilə söhbəti zamanı qeyd edib.

“Biz, ehtimal ki, çox tezliklə bu əraziyə zərbə endirəcəyik və bununla bağlı heç nə edə bilməyəcəklər. Bilirsiniz, normalda nəsə edə biləcəklərini zənn etsəydim, bunu deməzdim. Biz bu əraziyə kifayət qədər yaxın zamanlarda və çox güclü zərbə endirəcəyik” – Tramp qeyd edir.

İranın nüvə sentrifuqalarını bu obyektə köçürdüyünü düşünüb-düşünmədiyi ilə bağlı suala cavabında Tramp bildirib ki, əllərində bunu rəsmi şəkildə təsdiqləyən məlumat yoxdur.

Oxşar