Donald Tramp Yaxın Şərqdən personalın təxliyə edildiyini bildirir - Bu yer, ola bilsin, təhlükəli zonaya çevrilsin, İranın nüvə silahı olmamalıdır, biz buna icazə verməyəcəyik
Donald Tramp Yaxın Şərqdən personalın təxliyə edildiyini bildirir - Bu yer, ola bilsin, təhlükəli zonaya çevrilsin, İranın nüvə silahı olmamalıdır, biz buna icazə verməyəcəyik

 

ABŞ Prezidenti Donald Tramp personalın Yaxın Şərqdən təxliyə edilməsi ilə bağlı məlumatı təsdiqləyir.

Bu barədə Donald Tramp jurnalistlərlə söhbətində deyib.

Amerikanın liderindən onların niyə təxliyə edildiyini soruşublar, Tramp cavab verib ki, bu yer təhlükəli ola bilər.

“Bu yer, ola bilsin, təhlükəli zonaya çevrilsin. Hadisələrin inkişafını gözləyək. İranın nüvə silahı olmamalıdır. Biz buna icazə verməyəcəyik” – Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl “Reuters” anonim mənbələrə istinadən ABŞ-nin İraqda yerləşən səfirliyi qismən təxliyə etməyə hazırlaşdığını və hərbçilərin ailə üzvlərinə İraqı tərk etmələrinə icazə verildiyini yazmışdı.