Donald Tramp – Xahiş edirəm, Kanadanın qubernatoru Trüdoya izah edin ki, ABŞ-a cavab rüsumları tətbiq edəndə, bizim rüsumlarımız dərhal eyni məbləğdə artacaq
ABŞ-nin Prezidenti Donald Trampın bəyanatına əsasən, Kanada tərəfindən ABŞ-a rüsumlar tətbiq edilməsi halında, ABŞ cavab rüsumlarını dərhal eyni məbləğdə artıracaq. Bu haqda Tramp özünün sosial şəbəkəsində yazır.
“Xahiş edirəm, Kanadanın qubernatoru Trüdoya izah edin ki, ABŞ-a cavab rüsumları tətbiq edəndə, bizim rüsumlarımız dərhal eyni məbləğdə artacaq!” – Donald Tramp qeyd edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Kanadanın 155 milyard ABŞ dolları dəyərində Amerika mallarına 25%-lik rüsum tətbiq edəcəyini, 30 milyard dollar dəyərində mallara rüsumların dərhal qüvvəyə minəcəyini, 125 milyard dollar dəyərində mallara rüsumların isə 21 günə qüvvəyə minəcəyini bəyan etmişdi. Bu, Donald Trampın Kanada və Meksikaya 25%-lik rüsumların martın 4-də qüvvəyə minəcəyini açıqlamasından sonra baş verib.