Donald Tramp - Volodimir Zelenski cəsur insandır
Donald Tramp - Volodimir Zelenski cəsur insandır

 

Volodimir Zelenski cəsur insandır – bu haqda ABŞ Prezidenti Donald Tramp X sosial şəbəkəsində yazıb.

Tramp BMT Baş Assambleyası çərçivəsində Volodimir Zelenski ilə keçirilən görüşünə münasibət bildirib.

“O, cəsur insandır və şiddətli mübarizədədir” – Donald Tramp yazır.

Ukrayna Prezidentinin özü bu görüş başa çatdıqdan sonra bildirib ki, Donald Tramp ona daha çox güvənir və Rusiya Prezidentinin verdiyi məlumatın həqiqətə uyğun olmadığını başa düşür.