Donald Tramp - Volodimir Zelenski ilə çox yaxşı söhbətim oldu, lakin Putinlə telefon zəngimdən məyus idim
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan telefon danışığını bir daha dəyərləndirib.
Tramp Volodimir Zelenski ilə çox yaxşı söhbətinin olduğunu, lakin Rusiya Prezidenti ilə söhbətindən məyus olduğunu deyib.
“Prezident Putinlə telefon zəngimdən çox məyus idim. Çox məyus” – Tramp jurnalistlərə deyib.
Jurnalist Trampdan həmçinin niyə İsrailə kömək etdiyi kimi Ukraynaya da kömək etmədiyini soruşub, Tramp isə belə cavab verib:
“Ukraynaya kömək edirəm, çox kömək edirəm. Mən prezident olsaydım və seçki saxtalaşdırılmasaydı, bu müharibə başlamazdı. Əgər seçki saxtalaşdırılmasaydı, Rusiya ilə müharibə olmazdı, inflyasiya olmazdı”.
Xatırladaq ki, iyulun 3-də Donald Tramp Vladimer Putinlə telefon danışığından sonra irəliləyişə nail ola bilmədiyini bəyan edib.