ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını bildirir.
O, bu barədə sosial şəbəkədə yazıb.
“Səhər tezdən prezident Volodimir Zelenski ilə danışacam” – Tramp yazıb.
Bununla yanaşı, Trampın qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimer Putinlə söhbətindən məyus olub.
“Mən onun dayanmaq niyyətində olduğunu zənn etmirəm və bu, çox pisdir. Bu, Baydenin müharibəsidir. Mən prezident olsaydım, bu baş verməzdi. Belə ki, bilirsiniz, bir tərəfdən, çox qarışmaq məcburiyyətində qaldım və bu müharibəyə ilişib qaldım, eləcə də immiqrasiya və onların uğursuz olduğu bir çox digər məsələlərə” – ABŞ Prezidenti yazıb.
Məlumat üçün bildirək ki, ABŞ və Rusiya prezidentlərinin söhbətindən sonra Rusiya Kiyevə kütləvi hücum həyata keçirib.